Suriyanın Mülki Aviasiya Baş İdarəsi bölgədəki gərginlik səbəbindən üç günlük bağlı olan hava məkanının çərşənbə günündən etibarən qismən yenidən açılacağını açıqlayıb.
Məlumatı “Anadolu” verib.
Baş İdarənin SANA-ya verdiyi açıqlamada Türkiyəyə şimal hava dəhlizlərinin yenidən açılacağını və Hələb Beynəlxalq Hava Limanının 4 mart 2026-cı il saat 00:00-dan etibarən fəaliyyətə başlayacağını açıqlayıb.
Bəyanatda həmçinin qeyd olunub ki, digər hava dəhlizləri və Dəməşq Beynəlxalq Hava Limanı növbəti xəbərdarlığa qədər bağlı qalacaq.
P.ƏMİRCANOV
XQ

