Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirib

post-img

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarında taktiki-xüsusi təlim keçiriblər. Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili"ndən ibarət olub.

Əvvəlcə FHN-in “112” qaynar telefon xəttinə metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arası 1-ci yol mənzilində yerləşən şaxtanın idarəetmə şkafında şərti qısaqapanmadan “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, FHN və metropolitenin əməkdaşları arasında mövzu üzrə fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 7 ədəd texnikası və 44 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

P.ƏMİRCANOV
XQ

 





Sosial həyat