AMEA-da akademik Mustafa Topçubaşovun 130 illiyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

post-img

AMEA-nın Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” 10 iyun 2025-ci il tarixli Sərəncamının icrası barədə müzakirələr aparılıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, respublikada cərrahlıq elmi məktəbinin banilərindən olan akademik Mustafa Topçubaşov çoxşaxəli və dolğun fəaliyyəti ilə ziyalılığın parlaq nümunəsini yaratmış böyük nüfuza malik şəxsiyyətdir. AMEA rəhbəri görkəmli alimin ölkəmizdə kadr hazırlığı işinə də xüsusi diqqət yetirdiyini qeyd edib və onun 130 illiyinin Səhiyyə Nazirliyi ilə birgə yüksək səviyyədə qeyd olunacağını diqqətə çatdırıb.

Rəyasət Heyəti tərəfindən Sərəncamın icrasını təmin etmək, akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi üzrə Tədbirlər planını hazırlayıb həyata keçirmək məqsədilə komissiya yaradılıb.

Elm