DİN-dən verilən məlumata görə, Sumqayıt şəhərində H.Z.Tağıyev qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 300 manat və 2000 manat dəyərində qızıl-zinət əşyasının oğurlanmasını bildirib.
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən R.Abbasova və A.İbrahimova saxlanılıblar.
Digər analoji hadisə isə Abşeron rayonunda baş verib. Belə ki, Abşeron rayon sakini polisə müraciət edərək ona məxsus marketə müştəri qismində gələn şəxsin oradan tütün və spirtli içki məmulatları talayaraq hadisə yerini tərk etdiyini bildirib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaqda şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı C.Beydullayev saxlanılıb.
Qeyd olunan hər iki faktla bağlı araşdırma aparılır.
N.Adilqızı
XQ