DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 1-də və 2-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 18 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 8 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
N.Adilqızı
XQ

