Dekabrın 9-u axşam saatlarında Qusar rayonu ərazisində yol qəzası baş verib.
XQ xəbər verir ki, hadisə zamanı 4 nəfər ağır xəsarət alıb.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Onlardan 3-ü kişi, 1-i qadındır.
Yaralıların vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

