Bakının iki rayonunda oğurluq edilib

post-img

Xəzər rayonu ərazisində naməlum şəxs müştəri kimi marketə daxil olaraq oğurluq edib. Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun bir nəfərə məxsus velosipedi oğurlayaraq satdığı da məlum olub.

Xəzər rayonu ərazisində “Range Rover” və “Hyundai” markalı iki avtomobildən oğurluqlar edilməsi barədə də polisə məlumatlar daxil olub. 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı E.Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisindəki mağazadan və evdən oğurluqlar etdiyi də məlum olub.

Nəsimi rayonunda isə bir nəfərin bank kartını ələ keçirərək mağazalardan alış-veriş etməkdə şübhəli bilinən 23 yaşlı M.Əzimov, 30 yaşlı Ə.Nifdalıyev və 20 yaşlı Ö.Nifdalıyev saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

XQ

Hadisə