Şəmkirdə qəza olub, ölən var

post-img

Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var.

XQ xəbər verir ki, hadisə Şəmkir rayon Qasımalılar kəndində qeydə alınıb.

"VAZ-2106" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib.

Daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə