Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində Azərbaycan millisi 2 qızıl və 2 bürünc medal qazanıb.
Yığmanın heyətində Şahin Aslanov (52 kq) və Səftər Məmmədzadə (90 kiloqram) Avropa çempionu tituluna yiyələniblər. Komandamızın aktivinə bürünc medalları isə Adil Zalov (63 kiloqram) və İsmayıl Vəliyev (70 kiloqram) yazdırıblar.
32 ölkədən 380 idmançının qatıldığı yarışda 4 medal qazanan oğlanlardan ibarət milli Avropada dördüncü yeri tutub.
Qeyd edək ki, 2022-ci ildə Türkiyədəki analoji yarışda komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etmişdi.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

