Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında keçirilən cüdo üzrə dünya çempionatında komandamız tarixi nəticə qazanıb.
Yarışda uğurla çıxış edən Azərbaycan yığması 2 qızıl, 3 gümüş, 3 bürünc mükafat qazanaraq ümumi komanda hesabında birinci yeri tutub.
Komandamızın aktivinə qızıl medalları Nihad Məmişov (50 kiloqram) və Xədicə Qədəşova (52 kiloqram) yazdırıblar. Məhəmməd Məmişov (50 kiloqram), Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram) gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) və Süleyman Şükürov (73 kiloqram), Ramazan Əhmədov (+90 kq) isə bürünc medal qazanıb.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

