Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatında Azərbaycan millisi aktivinə daha bir medal əlavə edib.
Yığmamızın heyətində Həmidreza Badrialibadi fəxri kürsüyə yüksəlib. 80 kiloqramdan yuxarı çəkidə dayanqa çıxan taekvondoçumuz gümüş medala yiyələnib.
Bundan əvvəl komandamızın digər üzvü Cavad Ağayev (68 kq) də 2-ci yeri tutub.
Estoniyada keçirilən gənclərin Avropa çempionatında da yığmamız hələlik 2 medal qazanıb. Belə ki, Səlimə Quliyeva (42 kiloqram) gümüş, Məhəmməd Həsənli (45 kiloqram) bürünc medala sahib olublar.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

