“Facebook”dakı köhnə dostlarımdan biri özünün son paylaşmında sosial şəbəkə izləyicilərinə gördüyünüz bu tablonu təqdim edib. Düşünürəm ki, rəsmdəki qız gözəl və cazibədar olduğu qədər, paylaşımı müşayiət edən sözlər də səmimi və təsirlidir:
“Bu tabloda bir nəğmə var,
oxuya bilmədiyim.
Bir şeir var,
yaza bilmədiyim.
Bir yaşam var-
bir də təkrar yaşaya bilmədiyim...”
Qeyd edək ki, bu paylaşıma bir çox rəylər yazılıb. Kazım İsmayılov adlı bir şəxsin ürək sözləri diqqətimi xüsusilə cəlb etdi: “Bu tabloya baxanda bir də dönə bilməyəcəyim gəncliyim yadıma düşür. İnsanın hər günü, hər bir anı əvəzolunmazdır. Həyat belədir!”
Təqdim etdi:
M.HACIXANLI,
“Xalq qəzeti”

