Avropa Kubokunda uğurlu çıxış

post-img

Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kuboku yarışında Azərbaycan gimnastları uğurla çıxış edərək 4 medal qazanıblar. 

Azərbaycanı kubokda qrup hərəkətləri proqramında təmsil edən Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət kollektiv çoxnövçülükdə, həmçinin 3 lent və 2 topla hərəkətlərdə 3-cü yeri tutub. İlahə Bahadırova topla, Şəms Ağahüseynova isə lentlərlə hərəkətlərdə gənclər arasında fərdi çıxışlarda gümüş medal qazanıblar. 

Zöhrə Ağamirova və Kamilla Seyidzadə isə böyüklər arasında fərdi proqramda mükafatçılar sırasına düşə bilməyiblər. 

Milli Gimnastika Arenasında təşkil edilən turnirdə 37 ölkədən 160 idmançı mübarizə aparıb.

L.QURBANOVA XQ

İdman