Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun

post-img

Bu, ümumdünya bayramıdır, bütün dünyada müsəlmanlar bu günü bayram edirlər. Qurban kəsirlər, Kəbə evini təvaf edirlər, dualar edirlər. Məqsəd odur ki, dünyada müharibə, insan qırğınları, ölüm-itim olmasın. Biz bunun üçün dua edirik və edəcəyik.

Sabah isə Müstəqillik Günüdür. Fəxrlə izləyirəm ki, nə qədər ölkənin dövlət rəhbərləri bizim ölkə başçısını təbrik edirlər. Dövlətimizin imzası dünya dövlətləri içərisindədir. Dövlət rəhbərinin sözü qəbul olunur. Biz dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun, ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda şəhid olanlara rəhmət, qazilərə şəfa arzulayırıq.

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

"Biz din xadimləri, dindarlarımız öz əməllərimizlə dövlətimizə, dövlət rəhbərimizə sülhün bərqərar olması üçün kömək etməliyik. Bu gün həm sünni, həm də şiələr birlikdə namaz qıldılar. Bu, bütün dünyaya örnəkdir. Başqa ölkələrdə bu cür halı görmək çətindir. Bunun bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edir. Bundan sonra da davam edəcək. Bizim işimiz duadır. Dualara davam edirik. Allah xalqımızı, cəmiyyətimizi, dövlətimizi, dövlətçiliyimizi, bayrağımızı hər zaman uca etsin. Biz müharibə gördük, bundan sonra Allah bizə müharibə göstərməsin. Başqa müharibələrin də tezliklə bitməsini arzulayırıq. Bu bayram xalqımıza xoşbəxtlik gətirsin", - deyə A. Paşazadə bildirib.

Son xəbərlər