Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kuboku turnirində uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Təmsilçilərimiz Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda qızıl medal qazanıb.
Onlar top və halqalarla hərəkətlər üzrə yarışda bütün rəqiblərini üstələyiblər.
Qeyd edək ki, Avropa Kubokunda 25 ölkədən 175 gimnast çıxış edir.
Leyla QURBANOVA