Light in the darkness Art Gallery-də (Qaranlıqda İşıq Rəsaamlıq Qalereyası) “Sən bir dünyasan” tədris mərkəzi tərəfindən təşkil olunmuş, rənglərin və xəyalın birləşdiyi “Bir Fırça, Min Şəhər” adlı rəsm sərgisi oldu.
Sərgidə Ressamlıq Akademiyasının Bədii keramika, şüşə və metal kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Aynur Usubova, general Cəbrayıl Usubov, Mükəmməllik Mərkəzinin direktoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Şərqşünas-yazar Əli Rzazadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü şair Qorxmaz Kadusi, Grand Aesthetics şirkətinin rəhbəri Günel Hacıyeva və başqaları iştirak edirdilər.
Gənc rəssam, pedaqoq Nərgiz Verdiyeva sərginin ilk dəfə aprelin 22-də onlayn formada təşkil olunduğunu dedi:
-Həmin sərgidə iştirakçıların fəallığını nəzərə alaraq, qərar verdim ki, onlarla canlı görüşüm. Özlərini daha dəyərli hiss etmələri üçün sərgiyə gələnlərə və fırça ustalarına fərqli hədiyyələr, təşəkkürnamələr də təqdim olundu. İnsanların sevinci məni hər zaman xoşbəxt edir. İştirakçılarla bundan sonra da, daha böyük sərgilərdə görüşməyi arzu edirəm.
Qeyd edək ki, sərginin əsas məqsədi və mənası bir fırça vasitəsilə hər insanın öz içində daşıdığı dünyanı - şəhərləri, xatirələri, duyğuları və hekayələri öz dərin təxəyyül və düşüncələri ilə gözəl formada ifadə etməkdir. Hər bir fırça zərbəsi bir insanın daxili həyatına açılan qapıdır.
S.FİDAN
XQ