Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) aidiyyətli milli idman federasiyaları ilə (MİF) birgə təşkilatçılığı ilə keçirilən təlim-məşq toplanışı çərçivəsində maarifləndirici seminar təşkil edilib.
Toplanışın əsas məqsədi yeniyetmə idmançıların Skopye 2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına yüksək səviyyədə və hərtərəfli hazırlığını təmin etməkdir. MOK-un aidiyyətli milli idman federasiyaları ilə təşkil etdiyi təlim-məşq toplanışı mayın 24-dək davam edəcək.
L.QURBANOVA
XQ