"Qızıl top" mükafatına namizədlərin adları avqust ayında açıqlanacaq

post-img

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatına namizədlərin adlarının açıqlanacağı tarix bəlli olub.

AZƏRTAC xəbər verir ki, nüfuzlu mükafata iddialıların adlarına avqustun 7-də aydınlıq gələcək.

Mükafatın təqdimetmə mərasimi sentyabrın 22-də Parisdə yerləşən “Şatle” teatrında keçiriləcək.

Qeyd edək ki, ötən il “Qızıl top” mükafatını İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Rodri qazanıb.

 

İdman