Tanınmış almaniyalı mütəxəssis Yoahim Lövün tezliklə Özbəkistan millisinə rəhbərlik edəcəyi gözlənilir. Daşkənd qəzetləri yazırlar ki, artıq Özbəkistan Futbol Assosiasiyası 65 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
Hazırda Özbəkistan millisinə Timur Kapadze rəhbərlik edir. Onun almaniyalı çalışdırıcının texniki heyətində yer alacağı istisna edilmir.
Xatırladaq ki, Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə yüksəlib.
M.HACIXANLI
XQ