Avqustun 11-də Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib.
Azərbaycan Cüdo Federasiyasından XQ-yə verilən məlumata görə, Azərbaycan Cüdo Federasiyası və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən proqrama ölkəmizlə yanaşı, Gürcüstan və Özbəkistandan olmaqla ümumilikdə 48 məşqçi qatılıb.
Proqram çərçivəsində təşkil olunan seminarlar BCF Akademiyasının ekspertləri tərəfindən keçirilir. Təlimləri uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim olunacaq.