Zaur ilk döyüşünü qələbə ilə başa vurub

post-img

Azərbaycan boksçusu Zaur Qəhrəmanov Liverpulda dünya çempionatına qələbə ilə başlayıb.

Boks Federasiyasından bildirilib ki, 65 kiloqram çəkidə mübarizə aparan milli üzvü 1/32 finalda Denis Brillə (Almaniya) qarşılaşıb.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (27:30, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb.

Zaur 1/16 finalda ilk mərhələdən azad olan Falkao Dos Reyslə (Braziliya) döyüşəcək.

Qabil YUSİFOĞLU 
XQ

 

İdman