Fransızlar millimizlə oyuna ciddi yanaşır

post-img

Dünən Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində Parisdə Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında bildirib ki, diqqətimizi İslandiyaya yönəltməzdən əvvəl Azərbaycanla matça ciddi yanaşmalıyıq. Hər oyunun öz reallığı var və biz sabah qələbə qazanmalıyıq.

27 yaşlı hücumçu yığmamızın seçmə mərhələnin son turunda Bakıda Ukrayna ilə heç-heçə etməsini xüsusi vurğulayıb: “Bu qarşılaşma İslandiya ilə matçdan az önəmli deyil. Məqsəd dünya çempionatına vəsiqə qazanmaqdır. Vəsiqə təmin olunana qədər mübarizə aparmalıyıq”.

Qabil YUSİFOĞLU
XQ

İdman