“Qarabağ” 6 xalla 13-cüdür

post-img

UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura yekun vurulub.

Son oyun günündə daha 9 qarşılaşma keçirilib.

Ağdamın “Qarabağ” klubunun rəqiblərindən “Çelsi” İngiltərədə “Ayaks”a, “Liverpul” isə Almaniyada “Ayntraxt”a böyük hesabla qalib gəlib –5:1. “Bavariya” isə Almaniyada Belçikanın “Brügge” komandasının qapısından 4 cavabsız top keçirib.

“Real Madrid” isə İspaniyada İtaliyanın “Yuventus” klubuna minimal hesabla qalib gəlib–1:0.

“Qalatasaray” (Türkiyə) – “Budyo Qlimt” (Norveç) və “Atletik” (İspaniya) – “Qarabağ” (Azərbaycan) görüşündə eyni hesab qeydə alınıb – 3:1. Turun digər oyunları “Atalanta” (İtaliya) – “Slaviya” (Praqa, Çexiya) – 0:0, “Sportinq” (Portuqaliya) – “Marsel” (Fransa) – 2:1 və “Monako” (Fransa) – “Tottenhem” (İngiltərə) – 0:0 hesabla başa çatıb.

III turdan sonra turnir cədvəlinə 9 xalla Fransanın PSJ komandası başçılıq edir. Liderlə eyni xala malik Almaniyanın “Bayer”, İtaliyanın “İnter”, İngiltərənin “Arsenal” və İspaniyanın “Real” komandaları müvafiq olaraq sonrakı yerləri bölüşürlər. Ölkəmizin bu turnirdə yeganə təmsilçisi “Qarabağ” 6 xalla 13-cü yerdə, eyni xal toplayan Türkiyənin “Qalatasaray” klubu isə 14-cü sırada qərarlaşıb. Sonuncu –35-ci yeri Portuqaliyanın “Benifika” və 36-cı yeri isə Niderlandın “Ayaks” klubları tutur.

Ə.QABİL
XQ

İdman