“AZERRAIL”in avrokubokda ilk oyunu

post-img

Ölkəmizi Çempionlar Liqasında təmsil edən kişi voleybolçulardan ibarət “AZERRAIL” dünən  turnirdə ilk oyununa çıxıb. İlkin mərhələdə komandamızın rəqibi Serbiyanın “Radniçki” klubu olub.

FHN-nin idman zalında baş tutan qarşılaşmada komandamız 0:3 hesabı ilə məğlub olub (21:25, 18:25, 22:25). Oyunun MVP-si “Radniçki” klubunun 13 nömrəli oyunçusu Qayoviç Vladimir seçilib.

Cütün cavab görüşü oktyabrın 29-da Serbiyada keçiriləcək.

XQ 

İdman