Veteran cüdoçuların dünya bürüncü

post-img

Fransanın paytaxtı Paris şəhərində keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında millimizin medal sayı 3-ə çatıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, M3 yaş kateqoriyasında təmsilçilərimiz Vüqar Babayev (66 kq), M4 kateqoriyasında isə Zaur Bağırov (+100 kq) bürünc medal qazanıblar. Təmsilçilərimiz üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq fransalı Erik Şillevaerti və Sedrik Deguzeni məğlub ediblər.

Xatırladaq ki, ilk yarış günündə Qurban Məmmədli də (M2, +100 kq) bürünc medala layiq görülmüşdü.

Qabil Yusifoğlu
XQ







İdman