Cüdo üzrə Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.
XQ xəbər verir ki, turnir Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilir.
Yığma qarışıq komanda yarışının 1/4 finalında Səudiyyə Ərəbistanı komandası ilə qarşılaşıb.
Azərbaycan millisi rəqibini 4:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Yığma növbəti mərhələdə Qazaxıstan komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.


