Milli Gimnastika Arenasında 3 gün davam edən Dünya Badminton Federasiyasının (BWF) parabadminton üzrə Texniki Seminarına yekun vurulub. 17-19 noyabr tarixlərini əhatə edən beynəlxalq mərasimdə Avropanın 15-dən çox ölkəsindən 55-ə yaxın nümayəndə, o cümlədən parabadmintonçular və bu idman növü üzrə mütəxəssislər iştirak edib.
Bağlanış mərasimində çıxış edən Dünya Badminton Federasiyasının rəsmisi Con Şirer, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov seminar iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.
XQ

