Rusiyada 6 medal

post-img

Rusiyada güləş üzrə 2 ənənəvi yarış keçirilib.

Vladiqafqazda 2 qat olimpiya çempionu Soslan Andiyevin xatirə turniri baş tutub. Azərbaycan idmançıları  Maqomedxan Maqomedov ilk dəfə özünü 125 kiloqram çəkidə sınayıb. Yeni çəkidə debüt uğurlu alınıb. Ötən ay İslam Həmrəyliyi Oyunlarında yığma üzvü bu yarışda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xasavyurtda isə Şamil Umaxanovun xatirə turniri keçirilib. Yığmamızın üzvlərindən Murad Yevloyev (74 kq), Ali Tsokayev (86 kq) və Osman Nurmaqomedov (97 kq) gümüş, Qadjimurad Omarovla (74 kq) və Muxammad Qantemirov (125 kq) isə bürünc medal qazanıblar.

XQ

İdman