UEFA Çempionlar Liqasının əsas mərhələsində VI turun oyunları keçirilib. İlk oyun günündə 9 qarşılaşma baş tutub.
Türkiyənin “Qalatasaray” klubu Fransada “Monako”nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Günün maraqla gözlənilən qarşılaşmalarından biri də İtaliyada baş tutub. İtaliyanın “İnter” komandası İngiltərənin “Liverpul” klubunu qəbul edib. Bu qarşılaşmada isə qonaqlar üstün olublar – 1:0.
Digər görüşlərdə “Kayrat” (Qazaxıstan) – “Olimpiakos” (Yunanıstan) 0:1, “Bavariya” (Almaniya) – “Sportinq” (Portuqaliya) 3:1, “Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə) 2:1, “Barselona” (İspaniya) – “Ayntraxt” (Frankfurt, Almaniya) 2:1, PSV (Niderland) – “Atletiko” (İspaniya) 2:3, “Yunion” (Belçika) – “Marsel” (Fransa) 2:3, “Tottenhem” (İngiltərə) – “Slaviya” (Çexiya) 3:0 hesabı qeydə alınıb.
Turun qalan oyunları dünən axşam keçirilib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Ayaks” qarşılaşması 2:4 hesabı ilə başa çatıb.
Qabil YUSİFOĞLU
XQ

