Sofiyada fiqurlu konkisürmədə bürünc medal

post-img

6-12 yanvar tarixlərində Azərbaycanı fiqurlu konkisürmənin buz  üstündə rəqs növü üzrə beynəlxalq  yarışlarda təmsil edən idmançı cütlüyü Samanta Ritter və Daniel Brikalov Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı yarışında iştirak ediblər.

Turnirin nəticələrinə əsasən cütlüyümüz 11 idmançı arasında 171.75  xal toplayaraq 3-cü yerdə qərarlaşıb və bürünc medala sahib olublar.

Qabil YUSİFOĞLU
XQ



İdman