Bakıda ciu-citsu zalı açılıb

post-img

Bakıda “JGBJJ Academy Azerbaijan” ciu-citsu zalının açılış mərasimi keçirilib. Açılışda gənclər və idman naziri Fərid Qayıbov, idmanın bu növü ilə məşğul olan mütəxəssislər, idmançılar və məşqçilər iştirak ediblər. Nazir yeni zalın açılışı münasibətilə idmançıları təbrik edib. O, məşq zalı ilə tanışlıqdan sonra burada yaradılan şərait barədə məlumatlandırılıb, idmançıların nümunəvi çıxışlarına baxıb. 

Yeni istifadəyə verilən zal eyni vaxtda üç qrupun məşq keçməsi üçün nəzərdə tutulub. Ümumi sahəsi 480 kvadratmetr olan zalda məşq üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Qabil YUSİFOĞLU
XQ

İdman