Misli Premyer Liqasında XX tur

post-img

Misli Premyer Liqasında XX tura yekun vurulub. Son oyun günündə əvvəlcə “Şamaxı” “Turan Tovuz”u qəbul edib. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmada tərəflərin səyinə baxmayaraq, hesab açılmayıb–0-0. Bu oyundan sonra “Turan” 34 xalla 4-cü, meydan sahibləri isə 24 xalla 8-ci pillədə qərarlaşıb.

Turun son görüşündə “Qəbələ” öz meydanında “Sabah”la üz-üzə gəlib. Qəbələ şəhər stadionunda baş tutan görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Xəyal Əliyev “Qəbələ”nin qapısından keçirib. Beləliklə, 20 oyundan 49 xal toplayan “Sabah” birinci mövqedəki yerini möhkəmlədib, 14 xalı olan “Qəbələ” isə 10-cu pillədə qərarlaşıb. Sonuncu Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandası 45 xalla 2-ci pillədədir.

Qabil YUSİFOĞLU 
XQ

İdman