Pley-off mərhələsinin ilk oyunları

post-img

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyun günündə dörd qarşılaşma keçirilib.

Türkiyənin “Qalatasaray” klubu İtaliyanın “Yuventus” komandasını qəbul edib. Birinci hissənin 15-ci dəqiqəsində Qabriel Sara meydan sahiblərini hesabda önə çıxarıb – 1:0. Görüşün 16-cı və 32-ci dəqiqələrdə “Yuventus”un oyunçusu Teun Koopmeiners vurduğu qollarla komandasını hesabda irəli çıxarıb – 2:1. İkinci hissədə daha yaxşı oynayan İstanbul təmsilçisi Noa Lang (49' və 74'), Davinson Sançez ( 60') və Saşa Boeyin (86') qolları sayəsində böyük hesablı qələbəyə imza atıb – 5:2.

Gecənin digər oyunlarında “Borussiya” (Dortmund, Almaniya) “Atalanta”ya (İtaliya) qalib gəlib (2:0), “Benfika” (Portuqaliya) “Real”a (İspaniya) 0:1, “Monako” (Fransa) isə PSJ-yə (Fransa) məğlub olublar (2:3).

Qabil YUSİFOĞLU
XQ

İdman