Türkiyə hökuməti Azərbaycanla qaz sahəsində əməkdaşlığa dair Sazişi təsdiqləyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı imzaladığı müvafiq sənəd cümə günü, aprelin 18-də Türkiyə hökumətinin rəsmi qəzetində – “Resmi Gazete”də dərc olunub.
Qeyd edək ki, iki qardaş ölkə arasında qaz sahəsində əməkdaşlıq haqqında hökumətlərarası Saziş 2024-cü il mayın 14-də İstanbulda imzalanıb.