Ötən il İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri 92 milyon 347 min manat təşkil edib ki, bu da 2023-cü ilə nisbətən 6 milyon 183 min manat və ya 7,2 faiz artım deməkdir.
Dövlət Xidmətinin məlumatına görə, hesabat dövründə qurumun xərcləri 95 milyon 865 min manat olub. Bu isə illik müqayisədə 8 milyon 332 min manat və ya 9,5 faiz çoxdur. Ötən il Dövlət Xidmətinin gəlirlərinin 80 milyon 552 min manatını qeyri-birja əməliyyatlarından gəlirlər, 11 milyon 749 min manatını birja əməliyyatlarından gəlirlər, 366 manatını isə sair əməliyyat gəlirləri təşkil edib.
Xərclərin 22 milyon 745 min manatını əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları, 2 milyon 54 min manatını sərf edilmiş materialların dəyəri, 1 milyon 845 min manatını amortizasiya xərcləri, 69 milyon 221 min manatını isə sair əməliyyat xərcləri təşkil edib.