Hərbi təcavüz və işğal ölkəmizə 250 milyard manatlıq itki gətirib
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti geniş iclasında institutun direktoru, professor Nazim Müzəffərli “Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi metodologiyası” mövzusunda təqdimatla çıxış etdi. İclasda İqtisadiyyat İnstitutunun əməkdaşları, eyni zamanda respublikanın tanınmış iqtisadçıları “Zoom” platforması vasitəsilə iştirak edirdilər.
Məruzə ilə çıxış edən hesabat müəllifi bildirdi ki, hərbi təcavüzün vurduğu ziyan barədə iddia qaldırmaq hüququ beynəlxalq təcrübədə işğala məruz qalan ölkəyə məxsusdur. Professor hərbi təcavüz və işğal nəticəsində vurulmuş ziyanla bağlı dünya təcrübəsi barədə məlumat verərək qeyd etdi ki, indiyədək qısamüddətli toqquşma və müharibələrlə bağlı belə nümunələr olsa da, uzunmüddətli münaqişənin nəticələrinin qiymətləndirilməsi halı olmayıb.
Buna görə də dövlət başçısı İlham Əliyevin sərəncamı ilə yaradılmış, maliyyə nazirinin rəhbərlik etdiyi Dövlət Komissiyası Ermənistanın Azərbaycana çoxillik hərbi təcavüzünün, uzunmüddətli işğalın urduğu zərəri müəyyən etmək üçün nadir bir metodologiya yaradıb. Vəziyyət belədir ki, bu sahədə təklif edilən metodologiya kompleks və multidissiplinar yanaşma tələb etdiyindən ölkəmiz işğal və hərbi təcavüz nəticəsində vurulan zərərin qiymətləndirilməsini yalnız statistik və iqtisadi göstəricilərlə məhdudlaşdıra bilməzdi.
ETN İqtisadiyyat İnstitutu alimlərinin və Baş Prokurorluğun hüquqşünaslarının iştirakı ilə hərbi təcavüz və işğal nəticəsində ölkəmizə dəymiş zərər dövlət və şəxsi əmlak, texnika və nəqliyyat, insan itkisi və məcburi köçkünlərin sosal müdafiəsi, mədəni irs və tarixi abidələr, eklogiya və təbii sərvətlər, iqtisadiyyata dəymiş dolayı itkilər kimi bir sıra parametrlər üzrə əhatəli, sistemli araşdırma aparılıb.
Natiq qeyd etdi ki, 2024-cü ili əhatə edən gərgin iş zamanı ermənilərin hərbi təcavüz və işğalı nəticəsində vurulmuş zərərin qiymətləndirilməsinin Azərbaycana məxsus metodologiyası işlənib hazırlanıb. Bu, əsaslı, ciddi, keçərli bir hesabatın hzaırlanmasına imkan verib. Nəticədə, Ermənistanın Azərbycana 30 illik təcavüzü və işğal dövründə hərbi əməliyyatlar, qənimət götürmə, qarət, vandalizm kimi dağıdıcı əməllərin ölkəmizə 250 milyard manatlıq (150 milyard dollar) zərər vurduğu müəyyənləşdirilib.
Məruzəçi Azərbaycan zərərin qiymətləndirilməsi prosesi, onun mürəkkəbliyi və incəlikləri, eləcə də bu işin siyasi-hüquqi məsuliyyəti, doğuraağı nəticələr barədə də iştirakçıları ətraflı bilgiləndirdi. Alim xatırlatdı ki, müəyyən edilmiş zərər barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya medasına müsahibəsində açıqlama verib və bu, beynəlxalq aləmdə ciddi əks-səda doğurub. Belə bir hesabat müvafiq Dövlət Komissiyasının , iqtisadfçı və hüquqşünaslarımızın layiqli uğurudur.
Müzakirəyə canlı və onlayn qoşulan alimlər söylədilər ki, hazırlanmış metodologiyanın və hesabatın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində, eləsə də blokadaya salınmış Naxçıvanda ölkəmizə vurulmuş zərərin rəsmi sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından olduqca əhəmiyyətlidir. Alimin təklifləri sırasında dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən zərərin rəsmi reyestrinin yaradılması, beynəlxalq hüquqi mexanizmlərin (BMT, Haaqa Məhkəməsi və s.) işə cəlb edilməsi, təzminat və bərpa prosesləri üçün normativ baza və hüquqi sənədlərin hazırlanması kimi əsas istiqamətlər yer alır.