Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu iclasında Azərbaycan da təmsil olunub. İclasda ölkəmiz gündəlik neft hasilatının 2026-cı ilin sonuna qədər sabit qalması ilə bağlı qərara öz dəstəyini ifadə edib. Beləliklə, Azərbaycanın gündəlik 551 min barel həcmində olan mövcud xam neft hasilatı kvotası bu dövrdə sabit saxlanılacaq.
İclasda, həmçinin OPEC katibliyinə 2027-ci il üçün “OPEC plyus” ölkələri üzrə xam neft hasilatının baza səviyyəsinin müəyyənləşdirilməsi tapşırılıb. Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv ölkələrin nazirlərinin 40-cı iclasının isə bu il noyabrın 30-da keçirilməsi razılaşdırılıb.