İqtisadiyyat naziri Mikayıl Cabbarov "CNN Business Arabic" telekanalına müsahibəsində Birləşmiş Ərəb Əmirlikləri ilə uğurlu iqtisadi əməkdaşlıq, birgə layihələrin strateji əhəmiyyəti haqqında məlumat verib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində "CNN Business Arabic" telekanalına müsahibə verib.
Müsahibədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə iqtisadi əlaqələrin gücləndirilməsi, enerji, sənaye, nəqliyyat, investisiyalar sahəsində uğurlu əməkdaşlıq, birgə layihələrin strateji əhəmiyyəti və iqtisadiyyatın şaxələndirilməsi kimi mövzulara toxunulub.
Müsahibədə qeyd edilib ki, Azərbaycan və BƏƏ hər iki ölkədə həyata keçirilən bir çox layihələr üzrə tərəfdaşdır. Ölkələrimiz arasında enerji təhlükəsizliyi və şaxələndirilməsi üzrə birgə fəaliyyət həyata keçirilir. Bu baxımdan, “Masdar”, ADNOC, XRG və digər şirkətlərlə əməkdaşlıq diqqətə çatdırılıb.
BƏƏ ilə səmərəli investisiya əməkdaşlığı, Azərbaycan və BƏƏ Birgə İnvestisiya Fondunun yaratdığı imkanlar haqqında məlumat verilib.
Müsahibədə Azərbaycanın iqtisadiyyatının inkişaf prioritetləri, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişafı istiqamətində əldə olunmuş nailiyyətlər, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurulması üçün görülən işlər nəzərə çatdırılıb.