"Dacia Hipster" – Avropanın ucuz elektrikli mini-avtomobili -VİDEO

post-img

Avropalı avtomobil istehsalçısı "Groupe Renault"a daxil olan "Dacia" brendi ucuz Çin elektrik avtomobillərinə rəqabət yarada biləcək "Hipster Concept" adlı yeni elektrikli mini-avtomobil prototipini təqdim edib. Bu barədə Reuters xəbər verir.

"Dacia" nın baş icraçı direktoru Katrin Adt, daha əvvəl Mercedes-Benz-dən keçid edən rəhbər, bildirib: "Əgər kütləvi istehsal imkanı yaranarsa, biz buna hazırıq."

Uzunluğu 3 metr olan "Hipster Concept"in çəkisi 800 kiloqramdan bir qədər azdır. Avtomobilin maksimal sürəti 90 km/saat, batareya ilə qət edəcəyi məsafə isə 150 kilometr təşkil edir.

Brend avtomobilin qiymətini aşağı salmaq üçün dizaynı mümkün qədər sadələşdirib: oturacaqlar parça materialdan, qapılar isə səthindəki kəmərlərlə açılır, adi qapı tutacaqları yoxdur. Avtomobildə yalnız minimum elektronika quraşdırılıb.

Mütəxəssislərin hesablamalarına görə, seriya modeli Avropa bazarında 15 000 avrodan az qiymətə satıla bilər. Müqayisə üçün, Çin istehsalı BYD Dolphin Surf avtomobilinin Avropadakı qiyməti satışa çıxdığı zaman təxminən 20 000 avro idi.

Qeyd edək ki, "Renault" və "Stellantis" Avropada yeni kiçik avtomobil kateqoriyasının yaradılması kampaniyasına rəhbərlik edirlər. Bu avtomobillər böyük modellərdən xüsusilə təhlükəsizlik baxımından daha az funksiyaya malik olacaq. Ekspertlərin fikrincə, bu yeganə yol avtomobilin çəkisini və qiymətini azaltmaqdır.

"Hipster Concept" həm ucuz elektrik avtomobillər bazarında rəqabəti gücləndirəcək, həm də Avropa istehsalçılarını sərfəli, yüngül və sadə elektrikli nəqliyyat vasitələri istehsal etməyə təşviq edəcək.

S.ELAY

XQ

 


İqtisadiyyat