Cevdet Yılmaz qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülən “Bir millət, iki dövlət” prinsipi bütün sahələrdə irəliləyişin əsasını təşkil edir: "Birliyimizin yaratdığı güc ortaq fəaliyyət imkanlarımızı genişləndirir. Xalqlarımızın rifahının yüksəldilməsi naminə ticarət əlaqələrimizi daha da inkişaf etdiririk. Qarşımızda duran əsas vəzifə bu istiqamətdə səyləri gücləndirməkdir. Bu gün hər iki dövlət eyni məqsədə doğru addımlayır və eyni baxış bucağını bölüşür. Siyasi sabitlik və güc, xüsusilə iş adamları üçün ən mühüm təminat rolunu oynayır".
Onun sözlərinə görə, 2019-cu ildən bu yana Türkiyə iqtisadiyyatı dünya iqtisadiyyatının artım tempini iki dəfə üstələyib: "Son doqquz ay ərzində Türkiyə iqtisadiyyatı 3,2 faiz artım nümayiş etdirib. Gələn il ölkənin ümumi daxili məhsulunun 1 trilyon dolları ötəcəyini gözləyirik".
Nurlan ABDALOV
XQ

