Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən regionlarda sahibkarların müraciətlərinin yerində öyrənilməsi, təkliflərinin dinlənilməsi məqsədilə görüşlər təşkil olunacaq.
KOBİA-dan XQ-yə bildirilib ki, bu çərçivədə 2026-cı il ərzində KOBİA-nın rəhbər şəxslərinin ölkənin müxtəlif bölgələrində qəbullarının keçirilməsi nəzərdə tutulur.
Yanvarın 29-da KOBİA-nın İdarə Heyəti sədrinin müavini Emil Hüseynli Xaçmaz, Quba və Qusar rayonlarından olan sahibkarları qəbul edəcək. Qəbul saat 11:00-dan etibarən "Xaçmaz KOB evi"ndə (Xaçmaz şəhəri, Bakı prospekti 45 ünvanında) keçiriləcək.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla bilərlər (055 200 03 79, [email protected] , Azər Pənahov, KOBİA-nın Quba-Xaçmaz iqtisadi rayonu üzrə koordinatoru).

