İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycana səfəri çərçivəsində Milli Məclisin deputatları ilə görüşüb.
XQ xəbər verir ki, görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İsrail dostluq qrupunun üzvləri iştirak ediblər.

