2026-cı ilin yanvar ayında ölkədən 60 min 692,3 ton meyvə və tərəvəz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac edilən meyvə və tərəvəzin dəyəri 31,7 faiz artaraq 79 milyon 688,9 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında isə Azərbaycandan 60 milyon 487,7 min dollar dəyərində, yəni 58 min 72,5 ton meyvə və tərəvəz ixrac edilib.
XQ

