Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birgə Ulu öndərin 100 illik yubileyi münasibətilə Lənkəran və Cəlilabad rayonlarında yerləşən “N” saylı hərbi hissələrdə tədbirlər keçirib.
Hərbi prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev, Lənkəran Hərbi prokuroru Elşən Əli-Məmmədov, polkovnik Rauf Abdullayev, polkovnik Əli Əliyev, polkovnik-leytenant Fizuli Umarov və digər çıxışçılar ümummilli lider Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
“Xalq qəzeti”

