Naxçıvanda təşkil edilmiş IV Diaspor Gəncləri Düşərgəsinin iştirakçıları 6-cı günün panel müzakirələrdə AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Solmaz Tohidinin, İrəvan xanının Almaniyada yaşayan varisi Əmir Əli Sərdari İrəvaninin, tanınmış alman alimi, nəsimişünas Miçael Hessin məruzələrini dinləyiblər.
Günün ikinci yarısında Vətən müharibəsinin Naxçıvandan olan iştirakçıları, şəhid ailələri ilə “Qarabağ fatehləri” mövzusunda görüş keçirilib. Diaspor gəncləri vətənpərvərliklə bağlı tədbirlərin keçirilməsinin önəmini vurğulayaraq şəhid ailələrinə və qazilərə ehtiramlarını bildiriblər, təmsilçiləritəşkilatçılara təşəkkür ediblər. Sonra iştirakçılar “Model United Nations” simulyasiyası – Dünyada silahlı münaqişələrin ətraf mühitə təsirləri və onların aradan qaldırılması üçün birgə səylər barədə məlumat alıblar.
Gənclər üçün ayrılan asudə vaxtda “Bəxt üzüyü” filmi nümayiş etdirilib, əyləncə və komanda oyunları olub.
“Xalq qəzeti”

