Azərbaycan istehsalı olan minatəmizləmə maşını ianə olaraq Qarabağ Dirçəliş Fonduna təqdim olunub.
Mediaya açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Laçın şəhəri günü ölkəmizdə həm də qayğı, mərhəmət və xeyirxahlıqla bağlı olan xüsusi günü təcəssüm etdirir: “Məhz belə bir tarixdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınının sahibkarlar tərəfindən ianə olaraq işğaldan azad edilmiş ərazilərimizin təmizlənməsi üçün Qarabağ Dirçəliş Fonduna təqdim olunması qürur və sevinc bəxş edir. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik!”.
“Xalq qəzeti”

