Laçında yanvar ayının ikinci qarı yağıb. Dağlar qoynunda yerləşən şəhər yenidən ağ örpəyə bürünüb.
Dünən səhər saatlarında başlayan sulu qar saat 9 radələrində qara çevrilərək qısa müddətdə hər tərəfi ağ örpəyə bürüyüb. Həmçinin silsilə dağlar arasında yaranan bulud qatı şəhərin gözəlliyini daha da artırıb.
Qeyd edək ki, Laçına mövsümün ilk qarı 2023-cü il dekabrın 19-da yağıb. Yeni ilin yanvar ayında isə artıq ikinci dəfədir ki, Laçın ağ örpəyə bürünüb.
XQ