Süni intellekt üçün yeni materiallar

post-img

“Google DeepMind” əməkdaşlarının hazırladığı “GNoME” müasir texnologiyalarda istifadə oluna biləcək materialları kəşf etməyə kömək edən yeni süni intellekt proqramıdır.

“GNoME” tərəfindən proqnoz­laşdırılan 2,2 milyon yeni kris­tal strukturun 736-sı dünyanın müxtəlif tədqiqat qrupları tərəfin­dən sintez edilib. Bundan əlavə, “Lawrence Berkeley” Milli Labo­ratoriyasında (ABŞ) çalışan bir araşdırma qrupu “GNoME” tərə­findən proqnozlaşdırılan materi­alların robot laboratoriyalarında avtonom şəkildə sintez edilə bilə­cəyini göstərən başqa bir araş­dırma aparıb. Həm “Google De­epMind”, həm də Lourens Berkli Milli Laboratoriyası tərəfindən aparılan tədqiqatların nəticələri “Nature” jurnalında dərc olunub.

Tədqiqatçılar əvvəlcə kristal strukturlar haqqında məlumat bazasından əldə etdikləri məlu­matlar əsasında hazırladıqları süni intellekt tətbiqini öyrədiblər. Verilənlər bazasına Material “Pro­ject”in internet saytından daxil ol­maq olur. “GNoME” qrafik neyron şəbəkəsi (GNN) kimi təsnif edilən tətbiq nümunəsidir. Molekulyar strukturları təsvir etmək üçün çəkilmiş qrafiklər proqrama giriş kimi verilir. 

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya