Planetlərin tərkibi onların rənginə təsir edir. Hətta qədim dövrlərdə Mars məhz bu xüsusiyyətinə görə “Qırmızı planet” adlanıb. Bu kosmik obyektin rənginə torpaqdakı mineralların miqdarı və atmosferdə qırmızı toz təbəqəsindən keçən günəş şüaları təsir göstərir.
Avropa Kosmik Agentliyinin “Mars–Ekspres” planetlərarası stansiyasında 2024-cü ildə mineralların oksidləşməsi ilə bağlı bir sıra təcrübələr aparılmışdır. Tədqiqatlar sayəsində elm adamları Marsın torpaqlarında yüksək miqdarda dəmir hissəciklərinin, xüsusən də maqnetitlərin olduğunu təsdiqləmişlər. Onlar “Qırmızı planet”in bütün səthini örtüb və onun dərinliklərinə qədər məsafəyə yayılıb.
Əvvəlki faktlara əlavə olaraq məlum olub ki, Günəşin çıxması və batması zamanı Marsın rəngi cəhrayıdan sarı-qəhvəyi rəngə qədər dəyişir. Bu, atmosferdə işığın səpilməsi və su buzu ilə bağlıdır.
Ə.PÜNHAN
XQ