Aprelin 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mihovla görüşüb.
Görüş zamanı Azərbaycan–Moldova əməkdaşlığının siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri, münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub. İkitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib, xüsusilə enerji təhlükəsizliyi sahəsi üzrə tərəfdaşlığın inkişaf perspektivlərindən istifadənin əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat, ticarət, investisiyalar sahələri üzrə əməkdaşlıq imkanlarının müzakirəsi baxımından Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın rolunun vacibliyi diqqətə çatdırılıb.
Həmin gün Azərbaycan və Moldova xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Moldova tərəfindən isə dövlət katibi Sergey Mihov rəhbərlik edib.
XQ